İstifadə qaydaları Abituriyentin yaddaş kitabçası Ödəmə kartları Online sinaq imtahanı  
>
Bu xidmətdən istifadə etmək üçün qiyməti 3 AZN olan ödəmə kartı əldə etmək lazımdır.
Sonra eservices.tqdk.gov.az/sinaq internet səhifəsinə daxil olmaq lazımdır.
Xidmətdən ilk dəfə istifadə edən şəxs ilk növbədə qeydiyyatdan keçməlidir.
Qeydiyyat üçün sadəcə YENİ İSTİFADƏÇİ linkindən istifadə etmək lazımdır. Açılan yeni səhifədə “Istifadəçi adı”, “Parol”, “Parolu təsdiqləyın” (istifadəçi adı birinci işarəsi KİÇİK ingilis hərfi olmaqla 6-24 KİÇİK ingilis hərfi, rəqəm və ya '_', parolu birinci işarəsi ingilis hərfi olmaqla 6-24 ingilis hərfi, rəqəm və ya '_' işarəsindən ibarət ola bilər), “Kartın seriya nömrəsi”, “Kartın PİN kodu” sahələrini mütləq (email ünvanınız varsa, “Email ünvanı” sahəsini də) doldurun və “Qeydə al” düyməsini sıxın. Xidmətdən gələcəkdə də təkrarən istifadə etmək üçün istifadəçi adınızı və parolunuzu unutmayın. Yeni istifadəçi kimi qeydiyyatdan keçdikdən sonra növbəti açılan səhifədə balans haqqında məlumat, balansı artırmaq üçün“Balansınızı artırın” və ödəmə kartlarından istifadəsı barədə məlumata baxmaq üçün “Burada baxa bilərsiniz” linkləri yerləşir. İstənilən vaxt lazım bildiyiniz qədər yeni ödəmə kartı əldə edib, balansınızı artıra bilərsiniz.

"Onlayn sınaq imtahanı" proqramından istifadə etmək üçün aşağıdakı addımları yerinə yetirin:
  1. "Sınaq imtahanı" proqramını internetdən öz kompüterinizə yükləyin.
     
  2. Proqramı kompüterinizdə yükləyin:
     
    • Proqramı istifadə etmək üçün, əvvəl dotnet.exe proqramını endirin və işə salın. Kompüterinizə artıq   Microsoft .NET mühiti quraşdırılıbsa, siz dotnet.exe proqramını kompüterinizə yükləməyə də bilərsiniz.
    • Sonra isə tqdksinaq.zip arxiv faylını açın və Setup.exe proqramını işə salın.
       
  3. Proqramı işə salın. Bunun üçün işçi masada (Desktop) yerləşdiriləcək "Sınaq imtahanı" işarəsindən və ya proqramlar menyusunda yerləşdirilmiş "TQDK" -> ""TQDKSinaq"" əmrindən istifadə edin.
     

  4. Testə başlamaq üçün "Testə başlamaq" əmrindən istifadə edin.

    • Açılmış dialoq pəncərəsində əvvəlcə hər hansı bir istifadəçi adı daxil edin. Bu istifadəçi adı, kompüterdə bir neçə nəfərin proqramdan istifadə edəcəyi zaman nəticələri identifikasiya etmək üçün istifadə olunur.
       
    • Növbəti mərhələdə imtahan vermək istədiyiniz qrupu, bölməni və xarici dili seçin.
       
    • Daha sonra sizə imtahan verə biləcəyiniz testlərin siyahısı göstəriləcək. Bu testlər sizin kompüterinizə endirilmiş, serverdə yerləşdirilmiş və kompüterə yarımçıq endirilmiş vəziyyətdə ola bilərlər. Hər bir testin adının qarşısında onun haqqında qısa informasiya verilir.
       
    • Serverdə yerləşdirilmiş testi seçdikdən sonra növbəti mərhələ testin kompüterə endirilməsi mərhələsidir. Proqram endirmə meneceri ilə təchiz olunmuşdur. Endirmə prosesi hər hansı bir səbəbdən yarımçıq kəsilərsə, siz endirməni istədiyiniz an qaldığınız nöqtədən davam edə bilərsiniz. Daha sonrakı mərhələ isə "Pulun ödənilməsi" mərhələsidir.
       
    • Əgər testə başlamaq üçün artıq kompüterinizə endirilmiş testi seçsəniz, növbəti mərhələ kompüterə endirmə mərhələsi yox, "Pulun ödənilməsi" mərhələsi olacaq. Ödəmə kartı əldə edib eservices.tqdk.gov.az/sinaq səhifəsində yaratdığınız istifadəçi adı və onun parolu vasitəsilə ödəməni həyata keçirə bilərsiniz. Daha sonra isə dərhal testə başlayırsınız.
       

       
  5. Testi qurtarmaq üçün "Testi qurtarmaq" əmrindən istifadə edin. Bu zaman sizə sualların düzgün cavabları göstəriləcək və sizin virtual sınaq imtahanınızın nəticələri haqqında ətraflı məlumat veriləcək.
     

  6. Əvvəllər verdiyiniz testlərin nəticələrinə baxmaq üçün "Jurnal" əmrindən istifadə edin.

Qeyd edək ki, proqramdan istifadə etmək üçün sizin kompüterinizin internetə çıxışı olmalıdır. Proqram sizə serverdə mövcud olan yeni imtahanlar haqqında məlumat verəcək, istədiyiniz testləri sizin kompüterinizə endirəcək və testə başlamaq üçün sizin balansınızdan ödəmə həyata keçirəcək.

Daha ətraflı məlumat almaq üçün info@tqdk.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.