İstifadə qaydaları Abituriyentin yaddaş kitabçası Ödəmə kartları  


Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi


Şəxsiyyət vəsiqəsinin nömrəsi və PİN-kodu vəsiqənin fotoşəkil olan üzündə yerləşir. Vəsiqənin nömrəsi 8 rəqəmdən, PİN kodu isə 7 simvoldan ("İ" və "O" hərfləri istisna olmaqla ingilis əlifbasının hərflərindən və rəqəmlərdən) ibarətdir. Vəsiqənin PİN-kodunu axırıncı sətirdə çap edilmiş son səkkiz simvolun ilk yeddisi təşkil edir. Misal üçün, şəkildəki şəxsiyyət vəsiqəsində qırmızı çərçivəyə alınmış 7 simvol ("1543CSM") PİN-koddur, sonuncu simvol isə, yəni "7" rəqəmi, nəzərə alınmır.
‘Sınaq imtahanı’ xidmətindən istifadə qaydaları

‘Sınaq imtahanı’ xidməti Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sinaq imtahanlarına yazılış xidməti növüdür. Bu xidmətdən istifadə etmək üçün  ödəmə kartı əldə etmək lazımdır.

Xidmətdən istifadə üçün eservices.dim.gov.az/sinaq internet səhifəsinə daxil olmaq lazımdır. Açılan səhifədə istifadəçi adını və parolu daxil etmək üçün sahələr, növbəti sınaq imtahanlarının keçiriləcəyi binalar və boş oturacaq yerləri haqqında məlumatı özündə əks etdirən cədvəl yerləşir. Xidmətdən ilk dəfə istifadə edən şəxs ilk növbədə qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün sadəcə YENİ İSTİFADƏÇİ  linkindən istifadə etmək lazımdır. Açılan yeni səhifədə “Istifadəçi adı”, “Parol”, “Parolu təsdiqləyın” (istifadəçi adı birinci işarəsi KİÇİK ingilis hərfi olmaqla 6-24 KİÇİK ingilis hərfi, rəqəm və ya '_', parolu birinci işarəsi ingilis hərfi olmaqla 6-24 ingilis hərfi, rəqəm və ya '_'  işarəsindən ibarət ola bilər), “Kartın seriya nömrəsi”, “Kartın PİN kodu” sahələrini mütləq (email ünvanınız varsa, “Email ünvanı” sahəsini də) doldurun və “Qeydə al” düyməsini sıxın. Xidmətdən gələcəkdə də təkrarən istifadə etmək üçün istifadəçi adınızı və parolunuzu unutmayın.

Yeni istifadəçi kimi qeydiyyatdan keçdikdən sonra növbəti açılan səhifədə balans haqqında məlumat, sinaq imtahanına yazılmaq üçün “Buradan yazılın”, balansı artırmaq üçün“Balansınızı artırın” və ödəmə kartlarından istifadəsı barədə məlumata baxmaq üçün “Burada baxa bilərsiniz” linkləri yerləşir.

Sinaq imtahanına yazılmaq üçün “Buradan yazılın” linkinə basmaq lazımdır. Ekrandakı səhifədə keçiriləcək imtahanların siyahısını və hər bir binada Azərbaycan və rus bölmələri üzrə boş oturacaq yerlərinin sayını əks etdirən cədvəl göstərilir. İstədiyiniz imtahan binasını, tarix və saatı secin. Növbəti səhifədə imtahana yazılan şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsini və PİN-kodunu müvafiq sahələrə daxil edin. Bölməni, ixtisas qrupunu və xarici dili müvafiq menyulardan seçin. Telefon nömrənizi də daxil edin. Məlumatların düzgünlüyünü bir daha diqqətlə yoxladıqdan sonra “Qeydə al” düyməsini basın. Ekranda ‘İmtahana buraxılış vərəqəsi’ görsənəcək. Onu mütləq çap etmək və özünüzlə imtahan zalına gətirmək tələb olunur.

İstənilən vaxt lazım bildiyiniz qədər yeni ödəmə kartı əldə edib, balansınızı artıra bilərsiniz.

İstifadəçi ödəmə kartlarından istifadə tarixcəsinə baxa və balansına yüklədiyi məbləğin necə xərclənməsinə nəzarət edə bilər. Bunun üçün “buradan baxa bilərsiniz” düyməsinə basmaq lazımdır. Ekrana istifadəçinin sınaq imtahanlarına yazılış tarixçəsini əks etdirən cədvəl çıxır. İmtahana buraxılış vərəqəsinə baxmaq və ya çap etmək istəyirsinizsə, cədvəlin müvafiq sətirindəki iş nömrəsi linkinə basın.

Daha ətraflı məlumat almaq üçün bu info@dim.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.